24 aprel 2024 08:00
213

Azərbaycan kuboku: Finalçılar bilinəcək

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanıb. Matçın favoriti qonaqlar sayılır, amma çempionatın autsayderi “Qəbələ” Avroliqaya çıxmaq üçün son cüzi şansından istifafə etmək üçün bütün gücünü ortaya qoymalıdır. Oyun saat 17:00-da başlanacaq.

Digər oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini böyük hesabla (4:0) məğlubiyyətə uğradıb və mərhələnin taleyini böyük ölçüdə  həll edib. Bu oyun isə saat 20:00-da başlanacaq.

Final matçı iyunun 2-də keçiriləcək.

Azərbaycan kuboku,

1/2 final,

Təkrar oyunlar

17:00. “Qəbələ” - “Zirə”
Qəbələ şəhər stadionu
İlk oyun 1:2

20:00. “Qarabağ” - “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0