Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 745,65 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 1,7% azdır.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 1 011,83 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 2,6% çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 085,96 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,2% azdır. Ötən il Azərbaycanda istehsal edilən səmt qazının 3 565,2 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15,75% azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır