24 aprel 2024 13:08
387

HDQ və FHN-nin "Dalğa-2024" birgə taktiki təlimi keçirilir- FOTO

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.