2024-cü ilin birinci rübündə Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 7,8% artaraq 373,14 milyon manata çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 50% və ya 51 milyon manat artaraq 153,33 milyon manata bərabər olub. Ötən ilin eyni dövründə bu rəqəm 102,9 milyon manat təşkil edib.
Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən ilin ilk üç ayında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödənişə yönəldilibsə, bu ilin ilk rübündə bu rəqəm 41 manat təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır