Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.
"İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında elan edilib.
Toplantıda qeyd edilib ki, kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.
Qeyd edək ki, hazırda üçüncü dəfə keçirilən Konfransa Türkiyə Kosmik Agentliyi ev sahibliyi edir. Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır