24 aprel 2024 18:49
233

İraqın şimalında 6 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyi də vurğulanıb.