Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva ilə görüşüb.
Bu barədə “İki sahil”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, nazir müavini Samir Məmmədov Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal inkişaf təşəbbüslərinin irəliləyişində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.
Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva iki ölkə arasında rəqəmsal transformasiya istiqamətində bilik və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.
Görüş çərçivəsində xanım Nuriya Kutnayevaya Azərbaycanda rəqəmsallaşma, innovasiyanın təşviqi, İKT üzrə kadr potensialının artırılması, eləcə də mövcud informasiya sistemləri və bulud həllərinin tətbiqi sahəsində atılan addımlar barədə geniş məlumat verilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır