Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb.
“İki sahil” xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş olub.
İclasda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın bütün aspektləri, onların gələcək inkişafı və perspektivləri müzakirə olunacaq.
Tədbirdən sonra Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır