Macarıstan şirkətləri Qarabağın yenidən qurulması və bərpasında iştirak etməkdə maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyaro Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında bildirib.
Nazir qeyd edib ki, bununla bağlı plan hazırlanır: "Hesab edirik ki, bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək. Gələn ilin sonuna qədər Macarıstan şirkətləri regionun rekanstruksiyasına töhfə verməyə başlayacaq”.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır