Macarıstanın “MOL” neft-qaz şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları indiyədək 2 milyard ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu “MOL Azerbaijan”ın icraçı direktoru Attila Somfai Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib. Bununla belə, biz investisiyaların həcminin və uzunmüddətli əməkdaşlığımızın genişiləndirməsinə ümid edirik”, - o bildirib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır