Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanılması regionda sülh və rifahın təşviqinə kömək edəcək.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birgə mətbuat konfransında deyib.
O, həmçinin qeyd edib ki, Macarıstan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdır:
“Biz iki ölkə arasında sülhün bərqərar olmasına kömək etməyə hazırıq”.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib