Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların layihələrini dəstəkləyən xüsusi investisiya mənbələri və əlavə güzəştli kreditlər sistemini hazırlayıb təqdim etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel - Sahibkarlar Günü ilə bağlı video müraciətində bildirib.
Nazir sahibkarları işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında biznes qurmağa dəvət edib.
"Dövlət daima sahibkarın yanındadır", - deyə o qeyd edib.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır