25 aprel 2024 17:25
230

Son beş ildə 4 sosial islahatlar paketi həyata keçirilib- Sahil Babayev

Son beş ildə Azərbaycanda 4 sosial islahatlar paketi həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar Günü"nə həsr olunmuş tədbirdə bildirib.

"Bunun nəticəsində ölkədə minimum əməkhaqqı və maaş fondu 2,8 dəfə artıb. Bu, böyük nailiyyətdir, əmək bazarının tənzimlənməsi, eləcə də vətəndaşlarımızın daha layiqli məşğulluğunun təmin edilməsi üçün əsas istiqamətdir. Hazırda nazirliyin əsas məqsədlərindən biri korporativ sosial məsuliyyət layihələrinin sayının və çeşidinin genişləndirilməsidir", - deyə o qeyd edib.