26 aprel 2024 12:43
200

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi - Azərbaycan Prezidenti

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

“Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, - deyən dövlətimizin başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.