26 aprel 2024 15:11
234

Azərbaycanda manatla geniş pul kütləsi 9 % artıb

Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 830,3 milyon manat təşkil edib.

"İki sahil"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,5 % az, illik müqayisədə isə 9,1 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi martın sonuna 34 milyard 453,6 milyon manat təşkil edib. Bu, fevralın sonuna olan analoji göstəricidən 0,6 % çox, ilin əvvəlinə nisbətən 2,6 % az, illik müqayisədə isə 16 % çoxdur.