26 aprel 2024 15:23
220

Olaf Şolts: Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.

“İki sahil” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasın qalıq yanacaq istehsal edən ölkələrdə keçirilməsini şans kimi qiymətləndirdiyini söyləyib:

"Çünki burada şanslar yaranır, təbii ki, maliyyələşdirmə məsələlərini də nəzərə almaq lazımdır. Düşünürəm ki, bu kimi ölkələrin konfransa qatılması böyük şansdır. Qalıq yanacağın miqdarının azaldılması da iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir. Fikrimcə, COP29 çox uğurlu olacaq və bu cür tədbirin keçiriləcəyinə sevinirəm".