26 aprel 2024 16:10
230

Azərbaycan BOKT-larının kredit qoyuluşu ilk dəfə 1 milyard manatı ötüb

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 milyard 442,7 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,3 %, ilin əvvəlinə nisbətən 6,1 %, illik müqayisədə isə 23,1 % çoxdur.

Kredit qoyuluşunun 18 milyard 086,7 milyon manatı və yaxud 71,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 12,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 015,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 51,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,2 %-dən 23,6 %-ə qalxıb.

Martın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 340,1 milyon manat olub. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3 %-dən 5,3 %-ə çatıb.

Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.