26 aprel 2024 23:04
461

Həddindən artıq məlumat istehlakı “rəqəmsal piylənməyə” səbəb ola bilər

Sosial medianı gəzərkən beynimiz gün ərzində məlumatla dolur. Bununla belə, ekspert xəbərdarlıq edir ki, çox məlumat “rəqəmsal piylənməyə” səbəb ola bilər.

“Rəqəmsal piylənmə əsasən həddindən artıq məlumat istehlak etmək və kifayət qədər istirahət etməməkdir. Bu, sanki daim yemək yemək, başqa heç nə etməməklə eynidir”, - futuroloq Gerd Leonhard Türkiyə Təhsil Dərnəyinin təşkil etdiyi forumda deyib.

Sürixdə yaşayan futuroloq deyib ki, insanlar məlumatdan çox istifadə etməkdən sıxılır, kökəlirlər və ölürlər. Mütəxəssis insanların daim sosial media vasitəsilə məlumat istehlak etdiyini qeyd edərək, bunun ümumiyyətlə, həyatları üçün necə təhlükə yaratdığının fərqində olmadıqlarını bildirib.

“Metaverse” texnologiya və sosial media şirkətlərinin özlərini xilas etmək cəhdidir" deyən mütəxəssis onu da əlavə edib ki, “Metaverse” potensial olaraq daha çox zərər verə bilər. Çünki insanların məhz sosial media ilə əlaqəli saytlarda pis vərdişləri var.

“Metaverse” insanları real həyatdakı sosial əlaqələrdən yayındıran virtual reallığın istifadəsi ilə asanlaşdırılan internet, sosial media və video oyunlara olan asılılıqlarla əlaqələndirilir.

Artan texnologiya asılılığı haqqında danışan futuroloq sağlam bir istifadə səviyyəsinin məqbul olduğunu söyləyib. Onun sözlərinə görə, düzgün qaydalar yaratmaq üçün müvafiq istifadə miqdarı və real həyatda sosial əlaqəyə olan ehtiyacı ölçmək üçün bir üsul tələb olunur.

“Düşünürəm ki, restoranlarda internet olmasa əla olardı. Bəzi restoranlar “mobil telefonunuzu kənara qoysanız, 10% endirim təklif edirik” kampaniyaları da həyata keçirə bilərlər”, -deyə Leonhard bildirib.

Nubar Süleymanova, “İki sahil”