27 aprel 2024 09:33
217

İsrail ordusu "Hizbullah"ın aparıcı fiqurlarından birini öldürüb

İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah”ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan şeyx Fərəcullah Hammu “Səcid” ölüb.

“İki sahil” İsrail KİV-nə istinadən xəbər verir ki, bunu qruplaşma təsdiqləyib.

Bildirilib ki, İsrail Müdafiə Ordusu Livanın cənubunda Kfar Şuba rayonunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib.