27 aprel 2024 14:09
276

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır.

Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərində tütün idxal edib ki, bu da 1 il əvvələ nisbətən 18,9 % çoxdur.