28 aprel 2024 08:24
296

Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

Mayın 8-də Fransanın Marsel şəhərində keçiriləcək Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis və jandarm cəlb olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerar Darmanin bildirib. Nazir qeyd edib ki, təhlükəsizliyin təmin edilməsində dronlarla mübarizə bölmələri, xüsusi təyinatlılar və sualtı qayıqlar da iştirak edəcək.