28 aprel 2024 09:06
244

Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib

Ukraynanın müdafiəsi üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır.

“İki sahil” xəbər verir ki, bu barədə aprelin 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Ukraynaya yeddi sistem lazımdır. Və bu minimumdur. Tərəfdaşlarımızda bu sistemlər var var. Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik”, - Zelenski qeyd edib. 

Onun sözlərinə görə, Qərb tərəfdaşları Ukraynanı ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.