Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb.
“İki sahil” xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb.
Sözügedən görüntüləri isə “Rossiya 1” telekanalının tanınmış jurnalisti Pavel Zarubin öz teleqram kanalında paylaşıb.
O, paylaşımını “Putin və Əliyev. Görüşün hələ heç kimin görmədiyi ən maraqlı kadrları” deyə şərh edib.
Kadrlarda Rusiya və Azərbaycan liderləri arasındakı görüşdə, eyni zamanda İlham Əliyevin yola salınma mərasimində səmimi münasibəti görmək mümkündür.
Həmin video sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir - Prezident İlham Əliyev
Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir YENİLƏNİB