“İki sahil” xəbər verir ki, “Baker Hughes”in hesabatına görə, aprelin 26-da bitən bir həftəlik dövrdə ölkədəki neft və təbii qaz qazma qurğularının ümumi sayı 6 ədəd azalaraq 613-ə çatıb.

Qazma qurğuları ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 ədəd azdır.
Neft qazma qurğularının sayı 5 ədəd azalaraq 506 ədəd, təbii qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 105 ədəd, hər iki məhsul üzrə birgə işləyən qazma qurğularının sayı isə dəyişməyərək 2 ədəd olub.
Neft hasilatı ilə bağlı gələcək proqnozları müəyyən edən qazma qurğularından 596-sı quruda, 17-si isə suda yerləşir. Əvvəlki həftə ilə müqayisədə quruda qazma qurğularının sayı 3 ədəd, açıq sularda da 3 ədəd azalıb.
Həmin həftə Kanadada qazma qurğularının sayı 9 ədəd azalaraq 118-ə düşüb. Ölkə üzrə neft buruqlarının sayı 4 ədəd azalaraq 56 ədəd, təbii qaz buruqlarının sayı isə 5 ədəd azalaraq 62 ədəd müəyyən edilib.
Orxan Vahidoğlu, "İki sahil"
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır