30 aprel 2024 11:39
233

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.

"İki sahil”in İqtisadiyyat nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir müavini Səməd Bəşirli Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov və “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.