30 aprel 2024 13:30
280

“Volkswagen”in satışları NİYƏ AZALIB?

“Volkswagen” şirkətlər qrupu ilk rübdə daha az avtomobil satışı və daha yüksək xərclər səbəbindən daha az gəlir və mənfəət marjası əldə edib. Buna baxmayaraq şirkət illik proqnozunu qorudu.

Alman avtomobil istehsalçısı avtomobil satışlarında 2% azalma səbəbiylə keçən ilin ilk rübündəki 76,2 milyard avro ilə müqayisədə bu dövrü 75,46 milyard avro (80,90 milyard dollar) gəlirlə bağladığını açıqlayıb. “Visible Alpha” konsersiumunun məlumatına görə, analitiklər 75,66 milyard avro gəlir gözləyirdilər.

“Volkswagen” qrupun fəaliyyət nəticəsinin 20% azalaraq 4,59 milyard avroya düşdüyünü və satış marjası üzrə əməliyyat gəlirinin 6,1% olduğunu bildirilib. Vergidən sonra mənfəət təxminən 22% azalaraq 3,71 milyard avroya düşüb.

“Volkswagen” şirkəti nəticələri aşağı olmasını satış həcminin az, yüksək sabit xərclərin və əlverişsiz model qarışıqları ilə əlaqələndirdi.

Şirkətin baş maliyyə direktoru Arno Antlitz bildirib ki, birinci rübün nəticələri göstərir ki, biz il üçün yavaş başlanılıb. “Volkswagen” şirkətlər qrupu əvvəlki ildəki 2,24 milyard avro müsbət saldo ilə müqayisədə 3,03 milyard avro xalis pul çıxışı olduğunu bildirib.

Orxan Vahidoğlu, "İki sahil"