Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunda Vyanada keçiriləcək Qırğızıstan Enerji Forumunda iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev “Kabar” agentliyinə müsahibəsində bildirib.
“İyunun 10-11-də Vyanada Qırğızıstan Enerji Forumu keçiriləcək. Bu tədbiri Dünya Bankı və Qırğızıstanın Energetika Nazirliyi təşkil edəcək. Aprelin 25-də Bakıya səfərim zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovu foruma dəvət etdim. O, forumda iştirakla bağlı razılıq verdi”, - T.İbrayev vurğulayıb.
Onun sözlərinə görə, foruma Qırğızıstanın qonşu dövlətlərinin - Tacikistan, Özbəkistan və Qazaxıstanın energetika nazirləri də dəvət olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır