30 aprel 2024 18:04
285

Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri “Al Jazeera“ telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.

O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.