Azərbaycan sülhə, yumşaq gücə önəm verir.
“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə təşəbbüsünə görə minnətdarlığını bildirib.
A.Zuyev vurğulayıb ki, BMT-nin sülhməramlı əməliyyatlar üzrə fəaliyyət göstərən təsisatının foruma dəvət edilməsi müsbət haldır:
"İnanıram ki, forum beynəlxalq sülhü və əmin-amanlığı təşviq edəcək. Çünki dünyada münaqişələr artır, biz də neqativ tendensiyaların artmasından narahatıq. Ona görə də bizə çoxşaxəli mexanizmlər lazımdır. İctimai etimadı multiliteralizmə uyğun olaraq artırmağa çalışırıq".
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib