02 may 2024 10:28
190

“Brent” markalı neftin qiyməti artıb

Neft qiymətləri ABŞ-də ehtiyatların azalmasına dair məlumatlar yayıldıqdan sonra artıb.

“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1 barel üçün 83,97 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,64 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin iyun fyuçersləri 0,65 % bahalaşaraq 1 barel üçün 79,51 ABŞ dolları olub.