02 may 2024 10:59
221

Datuk Mutanq Taqal: Müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq

Biz müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq. Mədəni irsin qorunması əhəmiyyətli bir məsələdir və bu bizim müqəddəs vəzifəmizdir. Mədəni irs bizim zənginliyimizin simvoludur.

“İki sahil” xəbər verir ki, bunu Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorunmasında, mühafizəsində cəmiyyətin böyük rolu vardır.

“Yerli icmalar bu sahədə yaxından iştirak edirlər. Malaziya bu istiqamətdə beynəlxalq əməkdaşlığa üstünlük verir və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Malaziyada tarixi şəhərlər mövcuddur. Biz UNESCO ilə də yaxından əməkdaşlıq edirik. Qanunvericilik baxımından Malaziya mədəni irsin qorunması istiqamətində mühüm işlər həyata keçirib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.