02 may 2024 12:39
222

Mikayıl Cabbarov: Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıqda mühüm artım görür

Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıqda mühüm artım müşahidə edir.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura aparan birgə yol: Özbəkistan və Azərbaycan" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.

"Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlıq iki il bundan əvvəl başlayıb. Qarşılıqlı anlaşma əldə etmişik və rahat daşınma şərtlərinin təmin olunması üçün xüsusi tarif siyasəti tətbiq etmişik. Bu sahədə mühüm artım görürük - 300 tondan çox yük avtomobil və dəmir yolu ilə daşınıb", - o deyib.

Nazir avtomobil istehsalı sahəsində əməkdaşlıq sahəsində birgə fəaliyyət barədə qeyd edərək, Özbəkistanın "UzAuto Motors" şirkətinin və Azərbaycanın "Azərmaş" avtomobil zavodunun rolunu vurğulayıb.

M.Cabbarov, həmçinin, Azərbaycan və Özbəkistan arasında birgə investisiya fondu çərçivəsində əməkdaşlıqdan bəhs edib.

"Özbəkistanda bu tərəfdaşlığa imkan yaradan həmkarlarmıza minnətdarlıq etmək istərdim, biz bunu yüksək qiymətləndiririk. Dünən nəzarət komitəsinin ilk iclasını keçirdik. Müxtəlif sahələrdə 10-dan çox layihəni müzakirə etdik", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mrt ayları ərzində Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dolları təşkil edib. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlı ticarətin 1 milyard dollara çatması üçün kifayət qədər potensiala malikdir.