02 may 2024 18:55
270

Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb - FOTO

Mayın 2-də mədəniyyət naziri Adil Kərimli Slovakiya Respublikası Mədəniyyət Nazirliyinin dövlət katibi Mario Maruşka və Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Branislav Şalat ilə görüşüb.

Nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, qonaqları salamlayan nazir “Bakı Prosesi” qlobal platforması haqqında məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edib.

Mario Maruşka VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər bir tədbirə qatılmasından məmnunluğunu bildirib, Forumun gündəmə gətirdiyi məsələlərin aktuallığını vurğulayıb.

Adil Kərimli Azərbaycanın ətraf mühit məsələlərinə, qlobal iqlim dəyişikliklərinə həssas yanaşdığını deyib, bu il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini diqqətə çatdırıb. Nazir Slovakiyanı COP29-da iştiraka dəvət edib.