Xəzər dənizində yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi çərçivəsində Azərbaycan dövlətinə indiyədək 50 mlrd. kubmetrdən artıq səmt qaz təmənnasız ötürülüb.
“İki sahil” xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriyanın açılışı mərasimində bildirib.
Onun sözlərinə görə, BP indiyədək AÇG-dən 4,3 mlrd. bareldən artıq neft hasil edilib.
Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, "Şahdəniz" qaz-kondensat yatağından indiyədək 200 mlrd. kubmetrdən artıq qaz hasil edilib.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır