04 may 2024 12:44
252

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) məlumat yayıb.

Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.

İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.

Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.