04 may 2024 21:21
286

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib

Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov İƏT-in Sammiti çərçivəsində Somali Baş nazirinin müavini Salah Əhməd Cama ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”dəki hesabında bildirib.

Tərəflər potensial ikitərəfli əməkdaşlığın sahələrini, çoxtərəfli platformalar çərçivəsində, xüsusən də BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.