Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qambiyalı həmkarı ilə görüşüb.
“İki sahil” xəbər verir ki, nazir bu barədə “X”dəki hesabında yazıb.
"Qambiyaya səfərim çərçivəsində həmkarım Mamadu Tanqara ilə dərin məzmunlu görüş keçirdim. Biz ikitərəfli əməkdaşlığımız, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İƏT kimi çoxtərəfli platformalarda Azərbaycan və Qambiya arasında qarşılıqlı dəstək haqqında geniş danışdıq", - nazir qeyd edib.
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib