06 may 2024 01:51
346

Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkandır

Mayın 1-də Bakı Konqres Mərkəzində “mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq”forumunun açılış mərasimi keçirildi. Hörmətli Prezidentimiz İlham Əliyev bu tədbirdə iştirak etdi. Forum-çox mühüm beynəlxalq platformadır ki, burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.110 ölkədən 100-dən çox nümayəndənin iştirak etdi bu tədbirin əsas məqsədi təhlükəsiz dünyada mədəniyyətlərarası münasibətlərinin qurulmasıdır. Cənab Prezidentimiz İlham Əliyev 2008-ci ildə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi olaraq təşəbbüs göstərmiş və “Bakı Prosesini” irəli sürmüşdür.Burada əsas məqsədimizin dialoq vasitəsilə sülhü təşviq etmək,qolbaq təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək olduğunu hər kəsə bəyan etmişdir.

Doğrudan da əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olması,çox mədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan azərbaycan cəmiyyətinin ən mühüm dəyərlərintolerantlığı,qarşılıqlı hörməti,dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlaması Azərbaycanın uğurlu inkişafını şərtləndirən amillərdən biridir. Cənab Prezidentimiz forumda çıxışı zamanı,gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycan təcrübəsindən danışdı.Azərbaycanda yaşayan insanların,müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını,bunun isə əsrlərdən gələn bir ənənə nemət olduğunu bildirdi. Forumun “Bakı Prosesi”-nin başlanmasına əsas səbəb kimi Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun olması,multikulturalizmin isə bizim həyat tərzimiz olduğunu açıqladı. ”Biz,həmçini fərəhlənirik ki,bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda-toqquşmalar,münaqişələr müharibələr vaxtında qoruyub saxlaya bilmişik!”

Bu gün dünyada əfsuslar olsun ki, yeni münaqişələr,yeni qeyri-sabitlik məkanları və təhdidləri görürük. Planetimizdə baş verən siyasi və hərbi kataklizmlər iddialarından qaynaqlanır.Nəticədə on minlərlə insan müharibələrin və onların doğurduğu ağır fəsadların qurbanına çevrilir. Etiraf edək ki,dünya heç vaxt ədalətli olmayıb.Həmişə gücə və zora tabe olur. Qarabağda dair 4 qətnamə qəbul etməsinə baxmayaraq onun icra olunması üçün heç bir şey etmədilər. Kütləvi qırğın silahları bəşəriyyət üçün böyük təhlükədir. Ani bir ağılsızlıq Yer kürəsi məhəərindən çıxara bilər.Üstəlik,müasir texnologiyaların “övladı” olan süni intellekt nəzarətdən çıxarsa,bu,böyük bir fəlakətə yol açar. Bu gün ölkəmizin missiyası mütərəqqi ruhludur və beynəlxalq hüquqa əsaslanır. Cənab Prezidentimiz məhz Forumdakı çıxışında ölkəmizin sülhü müharibə yolu ilə təmin etdiyini bildirdi. Azərbaycanın təmin etdiyi sülh ədaləti əsas götürür. Azərbaycanın ədaləti təmin etmək üçün otuz ilə yaxın müddətdə təkcə güclənmədi,eyni zamanda səbrlə gözlədi. Eyni zamanla,regionda sülhün yaradılması Cənubi Qafqaz coğrafiyası baxımından çox əhəmiyyətli hadisə oldu. Bu gün Azərbaycan zəngin mədəniyyəti etnik və dini müxtəlifliyi,tolerantlığın tarixi ilə öz mədəniyyətini dünyaya ümid məşəli kimi ürəkdən təklif edir. 

İlhamə Xurşudova,
Xətai rayonu, 269 nömrəli məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü