06 may 2024 13:36
259

Azərbaycan və Ermənistan XİN başçılarının Almatıda müzakirə edəcəkləri məsələlər açıqlanıb

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq.

“İki sahil”in “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.