06 may 2024 14:40
283

Rusiya Qara dəniz donanmasının qüvvələri 5 pilotsuz kateri məhv edib

Rusiya Qara Dəniz Donanmasının qüvvələri Krım sahillərində Ukrayna ordusunun beş pilotsuz katerini məhv edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Qara Dəniz Donanmasının qüvvələri Krım yarımadasının şimal-qərb sahili ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus beş pilotsuz kateri məhv edib", - nazirliyin məlumatında deyilir.

Aprel ayında rus qoşunları Ukrayna ordusunun pilotsuz katerlərinin təlim mərkəzini məhv edib.