06 may 2024 19:03
473

Gözəllikləri və rəngləriylə planetimizin ən maraqlı təpələri... FOTO

Yer -kainatın ən nəhəng və gözəl planetlərindən biridir. Burada o qədər gözəl valehedici yerlər var ki, sözlə təsvir etmək mümkün deyil. Onların bir çoxunun təbii hadisələr nəticəsində yaranması isə insanlarda daha böyük maraq oyadır.

Napa qraflığı, Kaliforniya

Bu təpənin şəkli ilk dəfə 1996-cı ildə Kaliforniyanın Sonoma qraflığında fotoqraf Çarlz O'Rear tərəfindən çəkilmişdir. Çarlz bu möhtəşəm görüntünü yağışlı bir gündə çəkdiyini və müqavimət göstərə bilməyəcəyini bildirib. O, yaşı  15-dən çox olan insanların bu təpənin şəklini həyatları boyu unutmayacaqlarını iddia edib.

Mesquite qum təpələri, ABŞ
Mesquite qum təpələri vadinin şimalında yerləşir və hər tərəfdən dağlarla əhatə olunub. Əsas yoldan çox da uzaqda olmaması və ümumiyyətlə Hollivuda yaxın olması səbəbindən bu təpələr müxtəlif Hollivud filmlərində istifadə olunub. Onlardan ən məşhuru isə "Star Wars" filmidir. Burdakı qum təpəlerinin dərinliyi 40 metrə çatır. Lakin Ölüm vadisində başqa daha böyük qum təpələri də var ki, onların dərinliyi hətta 200 metrə qədər çatır.

Bungle Bungle qayalıqları, Avstraliya

Nəhəng arı pətəklərinə bənzəyən bu qaya birləşmələri çox incə bir quruluşa malikdir və bu həssaslıqdan ötəri dırmaşmaq qəti qadağandır. Bungle Bungle Cliffs-ə ev sahibliyi edən Avstraliyadakı Purnululu Milli Parkı da 20.000 il ərzində yerli yerli əhalinin vətəni olmuşdur.

Ərzurum göy qurşağı təpələri, Türkiyə

Himalay dağ silsiləsində yerləşən iqlim və eroziya kimi amillər bu təpələrin yaranmasına səbəb olub. Bu təpələrin geoparka daxil edilməsi üçün müxtəlif tədqiqatlar aparılır.

İğdır göy qurşağı təpələri, Türkiyə

Tuzluca mahalının qərbində yerləşən təpələr qırmızı, qəhvəyi, boz və sarı tonları ilə ziyarətçilərinə ecazkar mənzərə təqdim edir. Naxçıvandan və İrandan görünən təpələr Ərzurumdakı formalaşma kimi təbiətin bənzərsiz hədiyyəsidir.

Danxia Jeopark, Çin

Çinin Qansu bölgəsində yerləşən milli Danxia Geoparkı Ərzurumdakı təpələrlə eyni xüsusiyyətlərə malikdir. YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan bu təpələrin ümumi sahəsi 520 milyon kvadratmetrdir və bu nəhəng təbii formalaşmanın 55 milyon ildə baş verdiyi məlumdur. Bu formasiya dünyanın hər yerindən turistlərin diqqətini cəlb edir.

Şokolad təpələri, Filippin

Şokolad təpələri Filippinin Bohol şəhərində yerləşən nadir coğrafi formasiyadır. Eyni ölçülü ən azı 1260 konus formalı təpələr 50 kvadrat kilometrdən çox ərazini əhatə edir. Yazda yaşıl otlarla örtülən təpələr qışda, payızda qəhvəyi rəngə boyanır. Bu rəngə görə onlara şokolad təpələri deyilir. Filippin Turizm Departamentinin turizm siyahısında olan Şokolad Təpələri ölkənin 3-cü Milli Coğrafi Abidəsi olub və YUNESKO-nun Ümumdünya İrs siyahısına namizəd göstərilib.

Nallıhan Kıztepə, Ankara

Göy qurşağı təpələri olaraq da bilinən Kıztepenin mənzərəsi valehedicidir. Kıztepesi təxminən 10 milyon il əvvəl formalaşmağa başlamışdır. Nallıhan Quş Cənnəti, quş icmaları və geoloji quruluşu ilə təbiət fotoqrafçıları və quş müşahidəçiləri üçün ideal bir mühit təqdim edir.

Nigar Orucova, “İki sahil”