07 may 2024 08:27
233

Rumıniya Prezidenti ABŞ-a işgüzar səfər edəcək

Rumıniya Prezidenti Klaus Yohannis 7-9 mayda ABŞ-nin Vaşinqton şəhərində işgüzar səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Rumıniya Prezidenti Administrasiyasının saytında yerləşdirilib.

Rumıniya dövlətinin başçısı mayın 7-də Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden tərəfindən qəbul ediləcək. "Bu münasibətlə beynəlxalq və ikitərəfli gündəliyin prioritet mövzuları müzakirə olunacaq", - məlumatda qeyd olunur.

"Yüksək səviyyəli dialoq ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsini yüksəltmək, iki dövlət arasındakı münasibətlərin və çoxşaxəli əməkdaşlığın imtiyazlı xarakterini təsdiqləmək üçün yaxşı fürsət olacaq", - Prezident Administrasiyası vurğulayıb.