07 may 2024 09:04
240

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.