07 may 2024 10:51
227

Robert Simoniç: Azərbaycan və Slovakiya qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəklər

Slovakiya hazırda Azərbaycana ildə 8 milyon avro dəyərində mal ixrac edir, 1 milyon avro dəyərində idxal edir.

“İki sahil” xəbər verir ki, bunu Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı üzrə Agentliyinin rəhbəri Robert Simoniç Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

“Bununla belə, yeni sazişlər imzalanacaq və bu, ölkələrimiz arasında ticarət həcmini artıracaq”, - nazir bildirib.

Onun sözlərinə görə, Slovakiya enerji, İKT, elektronika istehsalı, avtomobil sənayesi, kosmik sənaye və peyk texnologiyaları sahələrini fəal şəkildə inkişaf etdirir: "Bununla yanaşı, paylaşa biləcəyi geniş təcrübəyə malikdir. Bütün bunlar bu gün forumda imzalanmış sənədlər nəzərə alınmaqla gələcək əməkdaşlıq üçün zəmin yarada bilər”.

R. Simoniç vurğulayıb ki, son bir neçə ildə Azərbaycan və Slovakiya əməkdaşlığın inkişafına yönəlmiş 4-5 birgə tədbir keçirib.