07 may 2024 10:54
249

Yusif Abdullayev: Bugünkü forum Bakı ilə Bratislava arasında əməkdaşlıq üçün yeni yollar açacaq

Bugünkü Azərbaycan-Slovakiya Biznes Forumu iki ölkə arasında əməkdaşlıq üçün yeni yollar və imkanlar açacaq.

“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev forumda deyib.

“Slovakiya ilə çox yaxşı əməkdaşlığımız var. Son 15 il ərzində burada və Slovakiyada çoxsaylı birgə tədbirlər təşkil olunub”, - o bildirib.

Y.Abdullayev çıxışı zamanı həmkarlarını bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyə dəvət edib.