07 may 2024 11:20
236

Qadınların iqtisadi imkanlarının artırılması başlıca hədəflərdəndir - Bahar Muradova

Qadınların iqtisadi imkanlarının artırılması başlıca hədəflərdəndir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu qadınların müstəqil fərd kimi formalaşması üçün vacib amildir.

“Azərbaycan beynəlxalq çağrışları hər zaman dəstəkləyib və dövlət səviyyəsində bu istiqamətdə planlı işlər görülür. Qadınlar cəmiyyətin hərəkətverici qüvvəsi kimi tanınır. Azərbaycan qanunvericiliyi də buna xidmət edir”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.