07 may 2024 11:23
222

Spiker: Heydər Əliyev insanların ümidlərini doğruldub

Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə hər zamanın dövrün çağırışlarına yaradıcı münasibət göstərərək düzgün addımlar ataraq insanların ona bəslədiyi ümidləri doğruldub.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Spiker bildirib ki, Ulu Öndər dövlətimizin müstəqillik təməlini yaradıb və bunun üzərində qurulan müstəqil Azərbaycan dövlətini qoruyub saxlayıb.