07 may 2024 11:36
216

NATO-nun Çinin Belqraddakı səfirliyinə hücumunu unutmayacağıq - Çin lideri

Çin lideri Si Çinpin bildirib ki, Çin 1999-cu ildə NATO-nun Çinin Belqraddakı səfirliyinə hücumunu unutmayacaq və belə bir faciənin bir daha təkrarlanmasına imkan verməyəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Si Çinpin bildirib ki, 25 il əvvəl NATO Çinin Yuqoslaviyadakı səfirliyinə hücum edib. Nəticədə üç çinli jurnalist - Şao Yunxuan, Syu Sinxu və onun həyat yoldaşı Çju İnq həlak olub.

“Biz bunu heç vaxt unutmamalıyıq. Çin xalqı sülhü yüksək qiymətləndirir, lakin biz heç vaxt belə faciəvi tarixin təkrarlanmasına imkan verməyəcəyik”, – Çin lideri “Politika” üçün yazdığı məqalədə bildirib.

Si Çinpin vurğulayıb ki, Çin və Serbiya arasında “qanla bağlanmış” dostluq iki ölkə xalqlarının ortaq yaddaşında qalacaq.