07 may 2024 11:58
244

Qadın sahibkarlığın inkişafı ilə bağlı 50 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini

Qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilib.

“İki sahil” xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu Azərbaycanın bu layihəyə verdiyi önəmin göstəricisidir.

“Qeyd etmək istərdim ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin birinci rübü ərzində qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilmiş və 1000-dən çox yeni iş yerinin açılması imkanı yaranmışdır”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.