Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək.
“İki sahil” xəbər verir ki, toplantıda Komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 300-ü ötüb.
Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.